1 C
Baku
Saturday, December 14, 2024

İsveç rusiyalılara viza verilməsinə tamamilə qadağa qoyulmasına qarşı çıxıb

İsveç hökuməti məhdudiyyətlər görmək istəyir, lakin Rusiya vətəndaşlarına vizaların verilməsini tam dayandırmaq istəmir.

Bu barədə ölkənin miqrasiya naziri Anders İqeman bildirib.

“Düşünürəm ki, viza verilməsini tam dayandırmağın həyata keçirilməsi çətin və uğursuz olardı”, – İqeman deyib.

Nazirin sözlərinə görə, Rusiya vətəndaşlarına vizalarının verilməsinin tamamilə dayandırılması səhvlərə yol aça bilər.

“Biz istəyirik ki, sanksiyalar ilk növbədə Rusiyanın siyasi və iqtisadi elitasına zərbə vursun. Əgər vizanın tam dayandırılmasını tətbiq etsəniz, bu, dissidentlərin və ya tədqiqatçıların Aİ ölkələrinə gələ bilməyəcəyinə səbəb olacaq, mübadilə Rusiya ilə bizə lazım ola bilər”, – nazir əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər