3 C
Baku
Saturday, December 14, 2024

İsveç səfiri Rusiya XİN-ə çağırılıb

İsveç səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, “İsveçin Rusiya Federasiyasına qarşı yürütdüyü qarşıdurma kursunu nəzərə alaraq Rusiya tərəfi 1 sentyabr 2023-cü il tarixindən etibarən Göteborqdakı Baş Konsulluğun fəaliyyətini dayandırmaq qərarına gəlib”.

Eyni zamanda, İsveç diplomatik missiyasının rəhbəri Rusiya tərəfinin 2023-cü il sentyabrın 1-dən İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürməsi barədə də məlumatlandırılıb.

Aprelin 25-də Rusiyanın İsveçdəki xarici nümayəndəliklərinin beş əməkdaşının “persona non qrata” elan etməsini Stokholm tərəfindən “aşkar düşmənçilik” addımı kimi səciyyələndirildiyini bildirən XİN Rusiya tərəfinin də cavab olaraq beş İsveç diplomatını, həmçinin İsveç səfirliyinin Müdafiə Attaşesi İdarəsinin üç əməkdaşını “persona non qrata” elan etməsi barədə İsveç diplomatına məlumat verib.

Qeyd olunub ki, “persona non qrata” elan olunan şəxslər Rusiya ərazisini tərk etməlidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər