İsveç “Şimal axını”nda qaz sızması olan yerlərə xüsusi gəmi göndərib.
Bu barədə İsveç donanmasının sözçüsü məlumat verib.
O bildirib ki, bu, xilasedici gəmidir və dənizin dərinliklərinə enmə imkanına malikdir. Gəminin sərhədçilərin işini dəstəkləməsi nəzərdə tutulur.
Qaz kəmərinin zədələnmiş zonasını yoxlamaq üçün suya enməyin mümkün olub-olmayacağı hələlik məlum deyil.
Sahil mühafizəsi qeyd edib ki, hadisə yerində onların başqa bir gəmisi də çalışır və sızma olan ərazidə gəmilərin hərəkətinə nəzarət edir.
Bildirilir ki, yaxın vaxtlarda Baltik dənizində pis hava şəraiti gözlənilir və bu, mütəxəssislərin işini çətinləşdirə bilər.