7 C
Baku
Sunday, December 15, 2024

İsveç Suriyaya dəstək üçün əlavə 7.71 milyon dollar ayırıb

İsveç zəlzələdən sonra Suriyaya dəstək üçün əlavə 80 milyon kron (7.71 milyon dollar) ayırıb.

Bu barədə İsveç hökumətinin mətbuat xidməti bildirib.

Suriyaya yardım BMT-nin təşkilatları, İsveç Qırmızı Xaç Cəmiyyəti vasitəsilə həyata keçirilir. Vəsait yanacaq, ərzaq, mənzil, səhiyyə və təcili yardım maşınlarına xərclənəcək.

İndiyədək krallıq Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə dəstək üçün ümumilikdə 117 milyon kron (11.28 milyon dollar) ayırıb. Fevralın 9-da İsveçdən Türkiyəyə 45 nəfərdən və axtarış itlərindən ibarət axtarış-xilasetmə qrupu göndərilib. 12 fevral İsveç Türkiyəyə 300 çadır göndərib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər