“Biz yeni qanunvericilik hazırlayırıq. Bu, Finlandiya və Türkiyə ilə imzaladığımız üçtərəfli sazişdəki öhdəliklərimizin yerinə yetirilməsi üçün daha çox imkanlar deməkdir”.
Bunu İsveçin Baş naziri Ulf Kristersson NATO Baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.
“Biz üçtərəfli sazişə tamamilə sadiqik, bizdən əvvəlki hökumət kimi. Lakin biz sazişlə bağlı verdiyimiz vədlərin yerinə yetirilməsi üçün indi daha çox alətlərə sahib olacağıq”, – o bildirib.