14 C
Baku
Saturday, November 23, 2024

İsveç Ukraynaya əlavə 50 milyon dollar ayırır

İsveç hökuməti Ukraynaya humanitar və enerji sahəsində kömək üçün 520 milyon kron (50 milyon dollar) ayırır.

Bu barədə İsveçin Nazirlər Kabineti məlumat yayıb.

Qeyd olunub ki, 220 milyon kronun (21 milyon ABŞ dolları) humanitar yardıma, 300 milyon kronun (29 milyon ABŞ dolları) enerji fonduna yönəldilməsi planlaşdırılır.

Yardımın birinci hissəsinə dərman, ərzaq və digər zəruri əşyalar daxildir.

Hesabatda deyilib ki, enerji sektorunda Ukraynanın ehtiyacları böyükdür. İsveç hökuməti bu yardımın Ukraynanın enerji infrastrukturunun bərpasına müsbət təsir edəcəyini gözləyir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər