İsveç parlamenti Ukraynaya hərbi yardım çərçivəsində 314 milyon dollarlıq yeni paketi təsdiqləyib.
Bu barədə məlumat Rikstaqın (parlament) press-relizində öz əksini tapıb.
Qeyd olunub ki, parlament üzvlərinin böyük hissəsi Ukraynaya növbəti 3.4 milyard İsveç kronu (təxminən 314 milyon dollar) məbləğində hərbi yardım paketinin verilməsinə səs verib.
Xatırladaq ki, İsveçin müdafiə naziri Paul Jonsson bir müddət əvvəl mətbuat konfransında ölkəsinin Ukraynaya göndərdiyi yerli istehsal olan texnika, ilk növbədə “CV-90” piyada döyüş maşını üçün sursat göndərəcəyini bəyan edib.