13 C
Baku
Friday, November 22, 2024

İsveç Ukraynaya 490 milyon dollar ayırır

İsveç Ukraynanı Aİ üzvlüyünə hazırlamaq üçün yenidənqurma işlərinə 6 milyard kron (490 milyon dollar) ayırır.

Bu barədə bazar ertəsi Beynəlxalq Əməkdaşlıq naziri Yohan Forsel 2023-2027-ci illər üçün yeni ikitərəfli strategiyanı təqdim edərkən bildirib.

“Bu, İsveçin indiyə qədər təqdim etdiyi ən böyük və ən iddialı ikitərəfli strategiyadır. O, ölkəni gücləndirməklə Ukraynanı uzunmüddətli perspektivdə Aİ üzvlüyünə hazırlamaq məqsədi daşıyır. Bizim məqsədimiz yeni, daha azad, ekoloji cəhətdən təmiz, təhlükəsiz”, – deyə nazir bildirib.

O vurğulayıb ki, bu, İsveçin göstərdiyi bütün dəstək deyil və Kiyevə kömək etmək üçün özəl kapital da lazım olacaq. 2022-ci ilin fevral ayından İsveç Ukraynaya 22 milyard kron (2.16 milyard dollar) ayırıb ki, bunun da 17 milyardı (1.67 milyard dollar) hərbi yardımdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər