İsveç hökuməti Ukraynaya dəstək üçün 550 milyon kron (57 milyon dollar) hərbi yardım ayırır. Vəsaitlər İsveçin 19-cu yardım paketinin bir hissəsi olacaq.
Ayrılan vəsait iki hissəyə bölünəcək. Ukraynaya dəstək məqsədilə NATO-nun Hərtərəfli Yardım Etimad Fonduna (CAP) 30 milyon dollardan çox vəsait göndəriləcək. Fond vəsaitləri tibbi avadanlıqların, nəqliyyat vasitələrinin, yanacaq və quru yeməklərin alınmasına sərf edir. Qalan vəsait NATO-nun Ukraynaya Təhlükəsizliyə Yardım və Təlim Fonduna (NSATU) köçürüləcək. O, ehtiyat hissələri də daxil olmaqla mal və xidmətlərin sürətli tədarükü üçün nəzərdə tutulub.
Xatırladaq ki, İsveç hökuməti Ukraynaya 19-cu yardım paketini martın 31-də təsdiqlənib. O, 1,6 milyard dollar məbləğində vəsaitin ayrılmasını nəzərdə tutur. Ölkənin hərbi naziri cənab Jonsson o zaman demişdi ki, bu paket hərbi əməliyyatlar başlayandan bəri ən böyük paket olacaq.