27 C
Baku
Saturday, July 27, 2024

İsveç Ukraynaya 64 mln. dollarlıq maliyyə yardımı ayırıb

İsveç hökuməti Ukraynaya 64 milyon dollarlıq maliyyə yardımı ayırıb.

Bunu SVT telekanalına müsahibəsində İsveçin beynəlxalq əməkdaşlıq naziri Yuhan Forsel deyib.

Nazir vurğulayıb ki, bu maliyyə vəsaiti dağılmış məktəblərin, xəstəxanaların, mənzillərin, infrastrukturun, o cümlədən enerji sektorunun və kənd təsərrüfatının bərpası üçün istifadə olunacaq.

Onun sözlərinə görə, İsveç birmənalı şəkildə bildirib ki, Ukraynaya dəstəyi uzunmüddətli olacaq: “Bu yardım paketi ilk deyil və sonuncu da olmayacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər