İsveç yeni müdafiə siyasətinin nümunəsi kimi Ukraynanı daha müasir silahlarla təmin edəcək.
Bu barədə İsveçin müdafiə naziri Pol Yonson bildirib.
O qeyd edib ki, İsveç Rusiyaya qarşı müharibədə Kiyevi daha fəal dəstəkləyəcək.
“Mənim Ukraynanın müdafiə naziri Aleksey Reznikovla ilk ikitərəfli görüşüm oldu”, – deyə Yonson bildirib.
Qeyd edək ki, İsveç hökuməti məhz hansı müasir silahların göndəriləcəyini hələ dəqiqləşdirməyib.