12 C
Baku
Friday, January 31, 2025

İsveç Ukraynaya rekord yardım paketi ayırıb

İsveç Ukraynaya 13,5 milyard kron (təxminən 1,3 milyard ABŞ dolları) məbləğində rekord hərbi yardım paketi göndərir.

Yeni paketə döyüş katerləri, hava hücumundan müdafiə sistemləri və artilleriya daxildir. Müdafiə naziri Pol Yonsonun sözlərinə görə, cəbhədə vəziyyət ağır olaraq qalır: “İsveç Ukraynaya dəstək vermək üçün daha çox yardım göndərməyə hazırdır”.

Bu, İsveçin Ukraynaya ayırdığı 18-ci yardım paketidir. Ümumilikdə, ölkə Ukraynaya təxminən 62 milyard kron (təxminən 6 milyard ABŞ dolları) yardım göndərib. Əvvəlki paketlərlə müqayisədə bu dəfə vəsaitin əksər hissəsi birbaşa istehsalçılardan yeni silahların alınmasına sərf olunacaq. Buna qədər silahlar İsveç ordusunun ehtiyatlarından göndərilirdi. Bu, ölkənin müdafiə qüvvələrinin ehtiyatlarının bərpa olunmasına və göndərişləri sürətləndirməyə imkan verəcək.

İsveç Müdafiə Satınalmaları Agentliyi (MSA) ölkənin müdafiə sənayesinin tələb olunan silahları operativ şəkildə tədarük etmək imkanlarını təhlil edib. Bununla yanaşı, bəzi silahların Avropa istehsalçılarından alınması planlaşdırılır. Əsas prioritet HHM sistemləri, uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatlarıdır. Təxminən 1 milyard kron (96 milyard ABŞ dolları) 300-500 km məsafəni qət edən raket və dronların alınmasına sərf olunacaq.

Bundan başqa, Ukraynaya “Stridsbåt 90” döyüş katerləri, tank əleyhinə raketlər, yük maşınları və İsveç ordusunun ehtiyatlarından qumbaraatanlar göndəriləcək. Müdafiə qurumlarının nümayəndələri bəyan ediblər ki, bu cür tədarüklər yeni texnikaların tez bir zamanda alınması və əvəzlənməsi şərtləri çərçivəsində mümkündür.

İsveç Ukraynadan başqa Moldovaya da hərbi yardım göndərəcək. Bu hədəflər üçün 13 milyon kron (1,25 milyon ABŞ dolları) ayrılıb.

 

 

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər