17 C
Baku
Friday, October 18, 2024

İsveç Ukraynaya yarım milyon doza COVID-19 peyvəndi verəcək

İsveç Ukraynaya yarım milyon doza COVID-19 peyvəndi vermək qərarına gəlib.

Sentyabrın 13-də ölkənin hakimiyyət orqanları COVID-19-a qarşı “Pfizer/BioNTech” peyvəndinin 500 min dozasını Ukraynaya vermək barədə qərar qəbul edib.

İsveçin ianəsi Ukraynanın keçən həftə yarım milyon doza koronavirus peyvəndi üçün müraciətinə cavab olaraq edilib. Beləliklə, Ukrayna Aİ-dən kənarda dünyada yenilənmiş peyvəndi alan ilk ölkələrdən biri olacaq.

İndiyədək Ukrayna əhalisinin yalnız 36 faizi ən azı bir COVID-19 peyvəndi alıb. Hazırda İsveç tərəfindən təqdim edilən peyvənd iki doza qəbul etmiş həssas qruplar üçün “buster” doza kimi nəzərdə tutulub.

Qeyd edək ki, dünya əhalisinin demək olar ki, 68 faizi COVID-19 peyvəndinin ən azı bir dozasını alıb. Dünyada hər gün təxminən dörd milyon doza COVID-19-a qarşı peyvənd istifadə edilir. Ümumilikdə bu günə qədər 12,6 milyard dozada koronavirus peyvəndi istifadə edilib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər