27 C
Baku
Monday, June 27, 2022

“İsveç və Finlandiya NATO-ya qəbul olunarsa, Rusiyanın düşmənlərinin sayı artacaq”

“İsveç və Finlandiya NATO-ya üzv qəbul olunarsa, Rusiyanın düşmənlərinin sayı artacaq”.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Telegram” paylaşımında deyilir.

“İsveç və Finlandiya NATO-ya qoşulmaq imkanlarını müzakirə edir. ABŞ hər imkanda Şimali Avropa ölkələrinə “Welcome!” deyir. Sadəcə qapımızı döyün, sizi dərhal evə dəvət edək. Bu nə deməkdir? Bu o deməkdir ki, Rusiyanın rəsmi düşmənlərinin sayı artacaq”, – o yazıb.

D.Medvedev Rusiyanın buna soyuqqanlı cavab verəcəyini bildirib: “İsveç və Finlandiya NATO-ya daxil olsa, Alyansın Rusiya ilə quru sərhədlərinin uzunluğu 2 dəfə artacaq. Təbii ki, bu sərhədləri möhkəmləndirmək lazım gələcək. Quru qoşunları və HHM ciddi şəkildə gücləndirilməli, Fin körfəzi hövzəsində xeyli hərbi-dəniz qüvvələri yerləşdirilməlidir. Bu halda, Baltik dənizinin nüvəsiz statusundan söhbət belə gedə bilməz. Balans bərpa edilməlidir. İndiyədək Rusiya belə addımlar atmırdı və atmağa da hazırlaşmırdı”.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər