10 C
Baku
Saturday, November 23, 2024

İsveç və Finlandiya bu gün Türkiyə ilə NATO-ya üzvlüyü müzakirə edəcək

İsveç və Finlandiya bu gün Türkiyə ilə NATO-ya üzvlüyü müzakirə edəcək.

Nümayəndə heyətləri Finlandiyanın paytaxtı Helsinkidə görüşəcəklər.

Türkiyəni toplantıda xarici işlər nazirinin müavini Sedat Önal və Prezidentin sözçüsü İbrahim Kalının rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. İclasda İsveç və Finlandiyadakı terrorçuların Türkiyəyə qaytarılması məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, görüş Stokholm və Helsinkinin təşəbbüsü ilə baş tutacaq.

Xatırladaq ki, tərəflər arasında iyunda Madriddə əldə olunan razılaşmaya görə İsveç və Finlandiya terrorçuları Türkiyəyə qaytaracağı təqdirdə, Ankara həmin dövlətlərin NATO-ya üzvlük protokolunu təsdiqləyəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər