13 C
Baku
Friday, May 10, 2024

İsveç və Finlandiya NATO-ya üzv olacaqlar

İsveç və Finlandiya hökumətləri Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etsələr, dərhal müsbət cavab alacaqlar.

Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “CNN” müxbirinə bildirib. Onun sözlərinə görə, bu ölkələr həmişə bitərəf mövqe tutub, onların müdafiə və xarici işlər nazirləri isə alyansın iclaslarında dəyərli qonaq olublar.

Stoltenberq qeyd edib ki, heç kim İsveç və Finlandiyanı NATO-ya cəlb etməyə çalışmır. Bununla belə, bəzi ekspert təşkilatlar bu istiqamətdə fəal işləyirlər, məsələn, ABŞ və NATO ilə sıx əməkdaşlıq edən “Atlantik şura” analitik mərkəzi.

“Bizim Finlandiya və İsveçin siyasi liderləri ilə yaxşı dialoqumuz var. Təbii ki, qərar vermək onların öz ixtiyarındadır, amma müraciət etsələr, bütün 30 müttəfiq (NATO-da) onları təsdiq edəcək, biz bunu nisbətən tez etməyin yollarını tapacağıq”, – deyə Stoltenberq söyləyib.

Xatırladaq ki, alyans çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşü aprelin 5-6-sında Brüsseldə keçiriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər