10 C
Baku
Thursday, December 12, 2024

İsveç XİN başçısı: “Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini istəyirik”

“İsveç hökuməti Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməsinə dair qərar qəbul etməsini istəyir”.

Bunu İsveçin xarici işlər naziri Hans Dalqren martın 1-də keçirdiyi mətbuat konfransında bildirib.

“Avropa İttifaqı tarixi tədbirlər həyata keçirir. Ancaq bunu daha çox etmək olar. Bizə Rusiya hakimiyyətinin yuxarı eşalonuna daha güclü və geniş miqyasda zərbə vurmaq lazımdır. Sanksiyalar Rusiya Prezidenti Vladimir Putini dəstəkləyən oliqarxları vurmalıdır. Biz istəyirik ki, qadağalar “Vaqner” (xüsusi hərbi hissə) adlanan qrupa məxsus daha çox insanı əhatə etsin”, – deyə nazir qeyd edib.

O, Rusiyanın beynəlxalq hüququ pozmasını araşdırmağa çağırırb: “İsveç hökuməti faktların toplanması və belə şübhəli cinayətlərin araşdırılması üzrə beynəlxlaq mexanizmin yaradılması təşəbbüsünü üzərinə götürür. Bu mexanizm nəticəsində təqsirkarları cinayət məsuliyyətinə cəlb etmək olar”

MənbəReport
Son xəbərlər
Digər xəbərlər