İsveçdə FİFA-nın rəhbərlik üzvləri həbs edildi

Bloomberg agentliyinin verdiyi məlumata görə, İsveçrənin federal polisi FİFA-da rüşvətxorluq halları işi ilə bağlı aparılan araşdırma çərçivəsində həbslər həyata keçirib.

ABŞ rəhbərliyi təşkilatın yüksək vəzifəli şəxslərini çirkli pulların yuyulmasında, şantajla pul almaqda və elektron köçürmələr vasitəsilə fırıldaqçılıq etməkdə günahlandırılır.

İsveçrənin ədliyyə nazirliyinin verdiyi məlumata görə, burada söhbət 100 milyon dollar həcmində olan rüşvətdən gedir. Rüşvəti ödəyənlər isə idman KİV və marketinq şirkətlərinin nümayəndələridir.

Həbs edilənlər sırasında isə FİFA-nın icraiyyə komitəsinin iki vitse-prezidenti – Jeffrey Webb və Eugenio Figueredo, həmçinin həmin komitənin üzvü Jack Warner var.