26 C
Baku
Monday, June 27, 2022

İsveçdə inflyasiya səviyyəsi 30 illik maksimuma çatıb

Mart ayında İsveçdə inflyasiya 6.1%-ə yüksəlib. Mərkəzi Statistika Bürosunun cümə axşamı açıqladığı məlumatlara görə, bu, son 30 ildən çox müddətdə ən yüksək göstəricidir. Belə ki, yalnız 1991-ci ilin dekabrında onun səviyyəsi 7.8% təşkil edib.

Fevralda inflyasiya 4.5% təşkil edib ki, bu da artıq rekord sayılır. Əsas amillər il ərzində 34% bahalaşan elektrik enerjisi və yanacağın (plus 46,8%) qiymətləri olub. Qida məhsulları da bahalaşıb (+5,8%). Süd məhsullarının qiyməti 6.8%, məişət məmulatlarının qiyməti isə 8.1% artıb.

SEB Bank-ın baş iqtisadçısı Jens Maqnussonun sözlərinə görə, yüksək inflyasiyanın əsas səbəbi pandemiya zamanı yaranan problemlərdir: mühüm metalların və resursların olmaması, daha bahalı nəqliyyat və qlobal zəncirlərdə fasilələr.

Son xəbərlər
Oxşar xəbərlər