23 C
Baku
Friday, September 30, 2022

İsveçdə koronavirusa yoluxmaya qarşı qoruyucu vasitə tapılıb

İsveçdəki Karolinska İnstitutunun alimləri, SARS-CoV-2 koronavirusunun insan hüceyrələrinə daxil olmasını əngəlləyə biləcək kiçik neytrallaşdırıcı antitel (nanotel) tapıblar. Mütəxəssislər onun virusa yoluxmaya qarşı qoruyucu vasitə kimi istifadə edilə biləcəyini iddia edirlər.

Banker.az xəbər verir ki, bu barədə “Nature Communications” jurnalında dərc olunan məqalədə bildirilib.

Tədqiqat zamanı ekspertlər koronavirusun S-zülalını alpakaya daxil ediblər. 60 gündən sonra heyvanların qan nümunələrində S-zülalına qarşı güclü immun reaksiya müşahidə edilib. Məlum olub ki, Tu1 antiteli virusu təsirsiz hala gətirir.

Nanotellər adi antitellərə nisbətən bir çox üstünlüklərə malikdirlər. Onların ölçüsü adi antitel ilə müqayisədə on dəfə kiçikdir və bir qayda olaraq, onları istehsal edilməsi daha ucuz başa gəlir.

Hazırda alimlər Tu1-in neytrallaşdırıcı fəaliyyətini və terapevtik potensialını araşdırmaq üçün heyvanlar üzərində təcrübələr aparırlar.

Son xəbərlər
Oxşar xəbərlər