17 C
Baku
Monday, May 6, 2024

İsveçdə inanılmaz qəsəbə

İsveçin Halland şəhərciyində tezliklə unikal çox funksiyalı bir qəsəbə yaradılacaq. Bu qəsəbədəki tikililərin üzərində günəş enerjisinin toplanması və nadir həşərat və quş növlərinin cəlb olunması üçün panellər quraşdırılacaq.

Evlərin damlarının qeyri-adi forması, həmçinin bir-birinə münasibətdə yerləşmə tərzi nəinki Günəş enerjisinin toplanmasına və nadir həşərat növlərinin cəlb olunmasına imkan verəcək, həmçinin ağacların kifayət qədər rahat üsulla becərilməsinə şərait yaradacaq. Layihənin həyata keçirilməsi ilə isə “Weatherhead Architecture” şirkəti məşğul olacaq. Vizual olaraq yuxarıdan baxdıqda qəsəbə öz formasına görə kəpənəyin qanadlarını xatırladır. Qəsəbənin ümumi ərazisi 2500 kvadrat metrdən çox olacaq.

1412053114_6

1412053125_7

1412053130_2

1412053160_5

1412053183_4

1412053187_3

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər