İsveçdə inflyasiya 1991-ci ildən bu günədək ən yüksək həddə çatıb.
Bu barədə İsveç Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ölkədə inflyasiya 7,2 % təşkil edib. Bu, inflyasiyanın 7,8 % olduğu 1991-ci ildən bəri ən yüksək göstəricidir.
Telekanal inflyasiyanın artmasına səbəb kimi ətin, yumurtanın, südün, pendirin və digər məhsulların bahalaşmasını göstərib. Eyni zamanda, elektrik enerjisi, geyim və istirahət xərcləri artıb.
Bundan əvvəl “Bloomberg” xəbər verib ki, Böyük Britaniyada 21 ildə ilk dəfə olaraq, inflyasiyanın artması səbəbindən real əmək haqqı rekord həddə 3,4 % azalıb. Üç ayda real əmək haqqının azalması 2,2 % təşkil edib ki, bu da son 11 ilin rekord göstəricisidir.