21 C
Baku
Saturday, November 2, 2024

İsveçdə plastik torbalar üçün vergi tutulacaq

Gələn ildən tətbiq edilməsi nəzərdə tutulan vergi iki dərəcə üzrə tutulacaq – standart torbalar üçün 3 krona (0,33 ABŞ dolları) və nazik torbalar üçün 0,3 krona (0,033 ABŞ dolları). 

Bu təşəbbüsü irəli sürənlərin qənaətinə görə, yeni vergi istehlakçıları düşünməyə vadar edəcək ki, plastik torba almaq onlar üçün nə dərəcədə zəruridir. Hakimiyyətin mövqeyi belədir ki, bu verginin qoyulması ilə Avropa İttifaqı tərəfindən müəyyənləşdirilmiş normativə əməl etmək mümkün olacaq. Həmin normativin tələbi il ərzində bir adama 40 plastik torba düşür. İsveçin maliyyə bazarları naziri Per Bulyund bildirib: “İstifadə edilən çoxlu sayda plastik torbalar ətraf mühitə düşür və dənizlərimizi çirkləndirir, heyvanlara və bitkilərə ziyan vurur. Biz bununla razılaşa bilmərik”. Qeyd edilib ki, yeni vergi “məhdudlaşdırıcı amil” olmaqla yanaşı, dövlət büdcəsinə də faydalı olacaq: hər il 2,9 milyard krona (310 milyon ABŞ dolları) gəlir gətirəcək.

Yeni verginin tətbiqi ilə bağlı qanunun qüvvəyə minmə tarixi isə hələ dəqiqləşdirilməyib. 

©Vergilər

Son xəbərlər
Digər xəbərlər