İsveç parlamenti mülayim Mühafizəkarlar Partiyasının lideri Ulf Kristerssonu ölkənin yeni Baş naziri seçib.
Deputatlardan 176-sı onun lehinə, 173-ü isə əleyhinə səs verib.
U.Kristersson fəaliyyətdə olan Baş nazir, Sosial Demokratlar Partiyasının lideri Maqdalen Anderssonla mübarizədə qalib gəlib.
U.Kristersson parlamentdəki çıxışında Xristian Demokratlar Partiyası və Liberal Partiya ilə koalisiya hökuməti qurmaq üçün razılığa gəldiklərini bildirib.