22 C
Baku
Friday, April 26, 2024

İsveçin ən böyük banklarından biri Rusiya və Belarusa köçürmələri dayandırır

İsveçin “Skandinaviska Enskilda Banken” (SEB) bankı iyunun birindən Rusiyaya pul köçürmələrini dayandırır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, oxşar qərar Belarusa ödənişlərlə bağlı da verilib.

Rusiya və Belarusa ödəniş etmək mümkün olacaq son gün 31 maydır (daxil olmaqla). Bu tarixdən sonra bütün ödənişlər ləğv ediləcək və pullar göndərənlərə geri qaytarılacaq.

SEB – İsveçin ən böyük banklarından biridir. Martın 21-ində o, Rusiyadakı əməliyyatları başa vurduğunu açıqlayıb. Ölkədə onun iki ofisində – Sankt-Peterburqda və Moskvada 80 işçisi var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər