İsveçin Skinnskatteberg meşəsində yerləşən Kolarbyn Eco-Lodge oteli gündəlik məişət problemlərindən, gərgin işdən bezən və təklikdə zaman keçirmək üçün insanlar üçün ən ideal məkan ola bilər. Otel özündə su, işıq, istilik sistemi və elektrik cərəyanı olmayan 12 “daxmadan” ibarətdir.
Burada 3 gün keçirmək sizə 4390 isveç kronuna başa gələcək. Bu qiymətə qida və 2 gəzinti turu da daxildir. Hər şeydən kənarda dincəlmək arzusunda olanlar burada özləri od əldə etməli, su gətirməli və odun doğramalıdır. Ola bilsin yalnız bu cür istirahətdən sonra gərgin şəhər mühiti üçün az da olsa darıxa biləcəksiniz.