İsveçin elektromobil istehsalçısı “Volta Trucks” 260 milyon dollardan çox investisiya cəlb edib.
Banker.az xəbər verir ki, aparıcı investor Nyu-Yorkun “Luxor Capital” şirkəti olub. Digər investorlar arasında daşınmaz əmlak şirkəti “Byggmästare Anders J Ahlström”, təchizat zənciri xidmətləri təminatçısı “Agility” və investisiya firması “B-FLEXION” yer alıb.
“Volta Trucks” yük maşınlarını inkişaf etdirir. Eyni zamanda startapın biznes-modelinə təkcə yük avtomobillərinin satışı deyil, həm də onların abunə ilə müvəqqəti istifadəyə verilməsi də daxildir. Şirkət toplanan vəsaiti inkişafı, eləcə də biznes əməliyyatlarını yaxşılaşdırmaq üçün istifadə edəcək. “Volta Trucks” nümayəndələrinin sözlərinə görə, onun ilk tam elektrik yük maşını “Volta Zero” 5 mindən çox sifariş olunub.
“Pitchbook data”ya görə, indi şirkətin bazar dəyəri 490 milyon dolları ötür. Ümumilikdə, “Volta Trucks” 325 milyon dollar investisiya cəlb edib.