8 C
Baku
Thursday, November 7, 2024

İsveçin “Ericsson” şirkətinin müxtəlif ölkələrdə vəzifəli şəxslərə rüşvət verdiyi üzə çıxıb

ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC), İsveçin “Ericsson” şirkətini bir neçə ölkənin hökumət rəsmilərinə gizli şəkildə pul köçürmək üçün saxta məsləhətçilərdən istifadə ilə əlaqəli sxemdə iştirak etməkdə günahlandırıb.

Komissiyanın verdiyi məlumata görə, 2011-2017-ci illərdə “Ericsson” Səudiyyə Ərəbistanı, Çin və Cibuti məmurlarına rüşvət vermək üçün saxta məsləhətçilərdən istifadə edərək 427 milyon dollar dəyərində aktiv əldə edib. Üçüncü tərəflər dövlət məmurlarının və onların ailələrinin “lüks” səyahət və əyləncələrinin pulunu ödəyiblər.

“Ericsson” şirkəti Vyetnam, İndoneziya və Küveytdəki vəzifəli şəxslərə rüşvət verərək Amerikanın Xaricdə Korrupsiya Qanununu (FCPA) pozmuş olub.

Komissiya vurğulayır ki, “Ericsson” qeyri-qanuni fəaliyyətindən “yüz milyonlarla dollar qazanc” əldə edib.

Vəziyyəti həll etmək üçün “Ericsson” SEC və ABŞ-ın Ədliyyə Nazirliyinin xeyrinə 1 milyard dollardan çox pul ödəməyə razı olub. Şirkət üç il ərzində müəyyən edilmiş tələblərə uyğun monitorinq həyata keçirməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər