4 C
Baku
Friday, March 29, 2024

İsveçin “Handelsbanken” bankı Estoniya, Latviya və Litvada öz fəaliyyətini dayandıracaq

Mayın 16-da Skandinaviyanın ən iri banklarından biri – İsveçin “Handelsbanken” bankı 2020-ci ildə Estoniya, Latviya və Litvada öz fəaliyyətini dayandıracağını bəyan edib.

 “Handelsbanken”in yaydığı məlumata görə bankın Baltik regionunda əməliyyatları qənaətbəxş yerinə yetirilməyib, effektivliyin artırılması istiqamətində ciddi tədbirlər görülsə də vəziyyəti yaxşılaşdırmaq mümkün olmayıb.

Məlumatda deyilir: “Rentabellik həddən aşağı, xərclər isə həddən yuxarıdır. Bundan əlavə, müştərilərin əksəriyyətinin davranışında dəyişikliklər və zəruri investisiyaların artması bankın 2020-ci il ərzində tədricən öz fəaliyyətini dayandırmaq qərarına gəlməsi ilə nəticələndi”.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər