25 C
Baku
Saturday, April 27, 2024

İsveçin Mərkəzi Bankı

1997-ci ildə pul-kredit siyasətinə etimadı artırmaq məqsədilə İsveç, Mərkəzi Bankın müstəqilliyinin güclənməsi, həmçinin onun siyasi qüvvələrin təsirindən təcrid edilməsi kursuna start verir.

Xüsusən də, MB-in başlıca vəzifəsi olan pul-kredit siyasətinin təmin edilməsinə, dövlətin daimi iqtisadi artım və məşğulluğu təmin etmək məqsədi ilə həyata keçirdiyi dəstək siyasəti ilə müqayisədə daha çox prioritet verilmişdir. Mərkəzi Bank hər hansı bir dövlət sərəncamlarına və ya normativ aktlara riayət etmək məcburiyyətindən azaddır. Lakin dövlət yenə də mübadiləsi həyata keçirilən valyutaların kurslarının sərhədini müəyyən edir. Çünki bundan asılı olaraq milli valyutada müəyyən tərəddüdlər baş verir. Lakin hal-hazırda valyuta siyasətinin operativ idarə edilməsi MB-in əlinə keçmişdir.

Eyni zamanda da MB-in rəhbərinin mövqeyi gücləndi. Siyasi səbəblərdən dolayı MB-in baş direktorunun azad edilməsi qadağan edildi. MB-in rəhbəri işdən yalnız o zaman kənarlaşdırıla bilər ki, onun işləmək qabiliyyətində olmaması sübuta yetirilsin, ya da o həddindən artıq “kobud nöqsana” yol vermiş olsun. Mərkəzi Bankı depolitizasiya etmək məqsədi ilə onun rəhbər orqanlarının yenidən təşkili nəzərdə tutulub. O, yenidən qurulacaq. Gələcəkdə parlament bir başa idarə heyətini deyil, Administrasiya şurasını təsdiq edəcək, bu şura isə öz növbəsində pul-kredit və valyuta siyasətinin həyata keçirilməsinə görə cavabdeh olan İdarə Heyətini seçəcək. Mərkəzi Bankın İdarə Heyəti parlament qarşısında deyil, Administrasiya şurası qarşısında hesabat verəcək.  İdarə Heyətinin üzvlərinin səlahiyyət müddəti isə 6 ilə qədər artırıldı.

Beləliklə, İsveç bank sistemi ciddi yenidən qurma prosesi mərhələsindədir. 90-cı illərin ağır böhranı dövlətin bank sektoruna əhəmiyyətli dərəcədə pul xərcləməsi ilə nəticələndi. Bu zaman dövlətin iştirakı fərdi biznesmenlərin və ya bankirlərin idarəetməsi altında olan maliyyə təşkilatları vasitəsi ilə həyata keçirilirdi, bu isə bankların sağlamlaşmasına gətirib çıxardı. Bu zaman məsrəflər nəzərə çarpacaq qədər azaldıldı, işçi personalının əməyin stimlullaşdırılmasına yeni baxış bucaqları yarandı, müasir bank texnologiyaları aktiv şəkildə tətbiq edilir, depozitlər üzrə qarantiya sistemi yaradılıb. İsveç rəsmiləri böhranın səbəblərinin təhlilindən düzgün nəticə çıxarmışdılar. Mərkəzi Bankın rəhbərliyi əhəmiyyətli dərəcədə gücləndi və o dövlətin tabeçiliyindən qurtuldu. Həmçinin Mərkəzi Bankın idarəçiliyinin siyasətdən kənar tutulması ilə bağlı tədbirlər həyata keçirildi. İsveçin bank sektorunun bərpa olunmasındakı müsbət meyllər böhranın nəticələrinin tam aradan qaldırılmasına ümid etməyə əsas verir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər