İsveçin mebel və məişət texnikaları istehsalçısı olan “İKEA” şirkəti Rusiyadakı 4 fabrikini satır və bu ölkədəki biznesinin miqyasını kiçildir
Məlumata görə, şirkətin məhsullarının mağazalarda və onlayn satışına fasilə verilib. Bunun əsas səbəbi isə ölkədə biznes sektorunda və tədarük zəncirində yaranan mürəkkəb vəziyyətdir.
İsveç brendinin açıqlamasında yaxın zamanlarda satışların bərpa edilməsi ehtimalının olmadığı bildirilib.