21 C
Baku
Şənbə, May 21, 2022

İsveçin “Scania” şirkəti cərimələnib

Avropa İttifaqı Məhkəməsi “Scania” şirkətinin iddiasını rədd edərək Avropa Komissiyasının qərarını qüvvədə saxlayıb.

2017-ci ildə komissiya isveçli yük avtomobilləri istehsalçısını kartel sazişinə getməkdə ittiham edərək 880 milyon avro cərimələyib. Komissiyanın qərarında göstərilir ki, “Scania” digər böyük istehsalçılarla anlaşaraq rəqabət mühitini pisləşdirib. Şirkət o vaxt qərardan şikayət etmişdi. Avropa İttifaqı Məhkəməsinin ötən gün elan olunan qərarında göstərilir ki, rəqabəti boğan anlaşmalar yolverilməzdir.

MənbəAPA
Son xəbərlər
Oxşar xəbərlər