2 C
Baku
Sunday, February 25, 2024

İsveçrə avadanlıqlarının Rusiyaya ixracı sanksiyalar fonunda kəskin artıb

2022-ci ilin may və iyun aylarında İsveçrədən Rusiyaya avadanlığın ixracı istehsalçıların Moskvaya qarşı sanksiyalarının tətbiqindən əvvəl bağladığı öhdəlikləri yerinə yetirmək üçün vaxt qazanmaq istəyi səbəbindən kəskin artıb.

Bu barədə Bloomberg məlumat yayıb.

Nəşr qeyd edir ki, turboreaktiv və turbovintli mühərriklərin, eləcə də digər qaz turbinlərinin ixracı 2022-ci ilin yanvar-aprel ayları arasında ayda 1 milyon İsveçrə frankından (1,04 milyon dollar) 2,5 milyon frank arasında dəyişib.

Agentlik vurğulayıb ki, iyunda İsveçrənin Rusiyaya ixracının həcmi (492 milyon frank) yanvar ayı ilə müqayisədə 83% çox olub. Bu, əczaçılıq məhsullarının, dərman vasitələrinin, diaqnostika vasitələrinin satışı ilə bağlı baş verib.

 

 

Son xəbərlər
Digər xəbərlər