22 C
Baku
Thursday, April 25, 2024

İsveçrə bankı varlı müştərilərinə ABŞ prezident seçkiləri ilə bağlı mərc təklif edib

İsveçrənin “Julius Baer” bankı, zəngin müştərilərinə ABŞ-ın prezident seçkilərindən qazanc götürməyi təklif edib.

Banker.az xarici KİV-ə istinadən məlumat verir ki, müştərilərə Amerika şirkətlərinin səhmlərindən 40 milyon dollar dəyərində notalar almaq təklif olunub. Məhsulun gəlirliyi seçkidə hansı partiyanın namizədinin qalib gələcəyindən asılı olacaq.

“Julius Baer” 30 şirkətin səhmlərini iki səbətə ayırıb. “Demokratik” səbətə “Estee Lauder”, “Coca-Cola”, “Walmart” və “McDonald’s” şirkətlərinin səhmləri daxildir. “Respublikaçı” səbət isə özündə “Alphabet” (“Google” un ana şirkəti), “Amazon”, “Facebook”, “Visa” və digər bir sıra texnologiya və maliyyə şirkətlərinin səhmlərini ehtiva edir.

Giriş komissiyası 1,28-1,4% arasında dəyişəcək.

Struktur məhsullar – İsveçrə bankları üçün ən böyük bizneslərdən biridir. Belə ki, təkcə 2019-cu ilin üçüncü rübündə investorlar ümumi dəyəri 94 milyard İsveçrə frankı (97 milyard dollar) olan qiymətli kağız əldə ediblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər