İsveçrə hökuməti Putin və Baydenin görüşü səbəbindən uçuşları məhdudlaşdıracaq

İsveçrə hökuməti Rusiya və ABŞ prezidenti Vladimir Putin və Co Baydenin zirvə görüşü ilə əlaqədar Cenevrə üzərində hava məkanının istifadəsini iyunun 15-dən 17-dək məhdudlaşdırmağa qərar verib.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

Xatırladaq ki, Putin və Baydenin görüşü 16 iyun üçün planlaşdırılıb.

Cenevrədəki Millətlər Sarayı üzərindəki uçuşlara qoyulan məhdudiyyətlər 15 iyun yerli vaxtla 08:00-dan 17 iyun 17:00-dək davam edəcək.

“Bu məhdudiyyətlər Cenevrə Beynəlxalq Hava Limanına olan kommersiya məqsədli uçuşlara təsir etməyəcək”, – deyə mesajda bildirilir.

İsveçrə Hərbi Hava Qüvvələri hava məkanına nəzarəti gücləndirəcək. Bundan əlavə, İsveçrə hökuməti təhlükəsizliyin təmin edilməsində polis əməkdaşlarına kömək məqsədilə 1000-ə qədər əsgər göndərəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.