13 C
Baku
Sunday, November 27, 2022

İsveçrə Milli Bankının 115 illik tarixində rekord zərər qeydə alınıb

İsveçrə Milli Bankının (SNB) qızıl, valyuta və kapital bazarlarındakı yüksək dalğalanmalar səbəbindən yanvar-sentyabr dövründə 142.4 mlrd. İsveçrə frankı ($142.2 mlrd.) zərər açıqlayıb.

Banker.az xəbər verir ki, sözügedən məbləğ SNB-nin 115 illik tarixində ən böyük zərərdir.

Son zamanlar inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artıran SNB satın aldığı istiqraz və səhmlərin dəyər itirməsinə görə 9 ayda 141 milyard İsveçrə frankı zərər edib. 1.1 milyard frank zərər qızıldan, qalan zərər isə xarici valyutadan qaynaqlanıb.

Ekspertlər qeyd ediblər ki, böyük itkilərin davam etməsi SNB-nin 2021-ci ilin sonunda 204 milyard İsveçrə frankı olan kapitalını əridə bilər.

 

Son xəbərlər
Digər xəbərlər
X