13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

İsveçrə Rusiya və ABŞ prezidentlərinin ilk görüşünə ev sahibliyi etməyi təklif edib

faizlere
İsveçrə ehtiyac olarsa, Rusiya və ABŞ prezidentlərinin ilk görüşünün keçirilməsi üçün ev sahibliyi etməyə hazırdır.
Bu barədə İsveçrənin Federal Xarici İşlər Nazirliyinin sözçüsü Eliza Raggi deyib.
“Faydalı və arzuolunandırsa, İsveçrə öz xidmətlərini göstərməyə hazırdır. Buna ev sahibi kimi fəaliyyət göstərmək, konfrans və ya görüşlər təşkil etməyə kömək etmək daxildir. Məxfilik səbəbindən Xarici İşlər Nazirliyi konkret tədbirlər haqqında ətraflı məlumat verə bilməz”, -deyə XİN sözçüsü bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ona üçüncü ölkədə ikitərəfli görüş keçirməyi təklif edib.
Kreml isə bu görüşün yaxın zamanda reallaşmayacağını bildirib.
Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər