16 C
Baku
Monday, May 20, 2024

İsveçrə Ukraynaya 1.6 milyard avro dəyərində yardım edəcək

İsveçrə 2025-ci ildən 2028-ci ilə qədər Ukraynaya 1.5 milyard frank, təxminən 1.6 milyard avro dəyərində yardım edəcək.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında İsveçrə Prezidenti Viola Amerd deyib.

“İsveçrə Ukraynanın yenidən qurulmasına xüsusi diqqət yetirir. Federal Şuranın nöqteyi-nəzərindən yenidənqurma qitənin sabitliyi üçün strateji əhəmiyyət kəsb edir”, – deyə Viola Amerd deyib.

Onun sözlərinə görə, 2022-ci ilin iyulunda Ukraynanın bərpasına dair konfransda irəli sürülən Luqano prinsipləri bərpa üçün siyasi kompas rolunu oynayır.

“Ukraynaya dəstək olaraq, İsveçrə 2025-ci ildən 2028-ci ilə qədər növbəti beynəlxalq əməkdaşlıq strategiyası dövrü üçün 1.5 milyard frank planlaşdırıb”, – deyə İsveçrə Prezidenti bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər