2025-ci ilin yayından etibarən İsveçrənin Luzern şəhəri ibtidai siniflərdə biliklərin bal əsasında qiymətləndirilməsindən imtina edəcək, 2026-cı ilin yayında isə orta və yuxarı siniflər də yeni sistemə keçəcək. Məlumata görə, qiymətlər müəllimlərin rəyi ilə əvəz olunacaq.
Bu təcrübə artıq şəhərin bir neçə məktəbində tətbiq edilib və müəllimlərin sözlərinə görə, özünü yaxşı tərəfdən göstərib.
“Uşaq sadəcə dörd almır. Onunla danışırıq, hesabatı yaxşı hazırladığına və strukturlaşdırdığına görə tərifləyirik, amma izah edirik ki, o, hələ sinif qarşısında çıxış edəcək qədər inamlı deyil”, – Luzern müəllimlərindən biri qeyd edir.
İsveçrədə qiymətləndirmə sisteminin dəyişdirilməsi ilə bağlı müzakirələr bir neçə ildir ki, davam edir. Bir çox pedaqoqlar cari qiymətləndirmə metodunu köhnəlmiş hesab edirlər. Onların fikrincə, diferensiallaşdırılmış rəy daha effektivdir və daha yaxşı nəticələr verir.
Məmurlar arasında fikir ayrılıqlarına baxmayaraq, Luzern rəhbərliyi yeni konsepsiyanı gələn dərs ilinin sonuna qədər şəhərin bütün məktəblərinə tətbiq etməyi planlaşdırır.