İsveçrənin “Credit Suisse” bankı 2021-ci il üçün ən perspektivli valyutalar və aktivləri açıqladı

2021-ci ildə ABŞ dolları eniş tendensiyasını davam etdirəcək, avro isə daha da möhkəmlənəcək.

Banker.az xəbər verir ki, bu barədə İsveçrənin “Credit Suisse” bankının analitikləri qlobal makroiqtisadi göstəricilərin, o cümlədən maliyyə alətlərinin icmalı və proqnozları ilə illik materialda yazırlar.

Qiymətləndirmələrə görə, 2021-ci ildə ABŞ iqtisadiyyatı 4,2% artacaq, inflyasiya gözləndiyi kimi FED-in hədəf qoyduğu göstəricilərdən bir qədər yüksək olacaq.

Avropa İttifaqının iqtisadiyyatı 2021-ci ildə 4,6% artsa da, pandemiya ilə əlaqəli olan dərin böhrana 2022-ci ildən tez qalib gələ bilməyəcək. Bir sözlə, ÜDM-nin əvvəlki səviyyəyə qayıtması barədə danışmaq hələ tezdir. Ekspertlərin sözlərinə görə, böhrandan sonrakı bərpa prosesi, səmərəli maliyyə və siyasi inteqrasiyadan asılıdır, Avropa Fondunun yaradılması isə buna doğru ilk addımdır.

Eyni zamanda İsveçrə frankının avroya nisbətən ucuzlaşması gözlənilir. Qeyd edək ki, İsveçrə iqtisadiyyatı koronavirus böhranından daha çox təsirlənib. Bununla əlaqədar olaraq, 2021-ci ildə İsveçrə ÜDM-sinin cəmi 3,5% artacağı gözlənilir.

Pandemiyaya məruz qalan Çin, məhdudiyyətləri ləğv edən və normal həyata qayıdan ilk ölkədir. Proqnozlara görə, Çin 2020-ci ildə iqtisadiyyatı artacaq yeganə ölkədir – ÜDM-sinin 7,1% olacağı, yuanın isə dollara nisbətən bahalaşması gözlənilir.

Yaponiya iqtisadiyyatının 1,5% böyüməsi ehtimal olunur, çünki demoqrafik göstəricilər fasiləsiz texnoloji yeniliklər nəticəsində əmək məhsuldarlığının davamlı artması ilə əvəzlənir.

Bankın proqnozlarına görə, 2021-ci ildə qlobal iqtisadiyyat 4,1% artacaq. Bununla yanaşı, uçot dərəcələri sıfır və ya mənfi səviyyədə qalacaq. Onların fikrincə, inkişaf etməkdə olan bazarların valyuta istiqrazları daha “cəlbedici” olacaq.

Ekspertlərin qiymətləndirmələrinə görə, alternativ investisiyalar arasında daşınmaz əmlakın payı artacaq. Analitiklər “sənaye və daşınmaz əmlakı kimi struktur artımı olan sektorlara” üstünlük verirlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.