12 C
Baku
Friday, March 29, 2024

İsveçrənin məşhur bankı Azərbaycana gələ bilər

İsveçrənin “Hyposwiss Private Bank Geneva SA” şirkəti Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırır.

Bu barədə İsveçrə-Azərbaycan biznes forumunda şirkətin icraçı direktoru Aleksey Strunilin deyib.

O bildirib ki, sözügedən bank 1899-cu ildə İsveçrədə təsis edilib: “Bu Bank Şərqi Avropada və Qafqaz regionunda geniş fəaliyyət göstərir. Məqsədimiz Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırmaqdır”.

O əlavə edib ki, şirkət öz müştərilərinə maliyyə xidmətləri, hüquqi məsləhət və kapital menecmenti sahəsində yardım göstərir.

Report

Son xəbərlər
Digər xəbərlər