31 C
Baku
Saturday, July 13, 2024

İsveçrənin UBS bankı işçilərin 30%-ni ixtisar edəcək

İsveçrənin UBS bankı Credit Suisse ilə birləşəndən sonra işçilərinin 20-30%-ni ixtisar etmək niyyətində olduğunu bildirib. Hazırda kredit təşkilatında 120 min nəfər çalışır, onlardan təxminən 36 min nəfərin ixtisar ediləcəyi gözlənilir.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Daha əvvəl Credit Suisse birləşmənin 2023-cü ilin sonuna qədər başa çatmalı olduğunu proqnozlaşdırıb. “Credit Suisse standart rejimdə işini davam etdirəcək. Eyni zamanda, kredit təşkilatının müştəriləri heç nəyi öhdələrinə götürmək məcburiyyətində deyillər, çünki onlar üçün heç nə dəyişmir”, – mesajda deyilir.

Martın 27-də Səudiyyə Ərəbistanı Milli Bankının sədri Əmmar əl-Xudairi istefa ərizəsini təqdim edib, çünki onun sözləri İsveçrənin Credit Suisse bankının səhmlərinin dəyərinin kəskin düşməsinə səbəb olub.

Son xəbərlər
Digər xəbərlər