İsveçrə Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 12-ci sanksiyalar paketinə qoşulub, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
Federal Şura xatırladır ki, dekabrın 18-də Avropa İttifaqı “12-ci sanksiyalar paketi çərçivəsində Rusiyaya qarşı yeni tədbirlər görüb”. Bununla əlaqədar olaraq, İsveçrənin İqtisadi İşlər Nazirliyi dekabrın 21-də “öz səlahiyyətləri çərçivəsində İsveçrənin sanksiya rejimini 61 fiziki şəxs və 86 müəssisə və təşkilata qədər genişləndirib”, – deyə məlumatda bildirilir.