10 C
Baku
Friday, December 13, 2024

İsveçrə hökuməti şirkət səhmlərinin Aİ-nın fond birjalarında satılmasına qadağa qoyacaq

İsveçrə hökuməti İsveçrə şirkətlərinin səhmlərinin Aİ-nın fond birjalarında satılmasına qadağa qoyacaq.

Banker.az xəbər verir ki, bu təbirlər Avropa Komissiyasının milli birjaların “ekvivalentlik” statusunu uzatmadığı halda tətbiq ediləcək.

Qeyd edək ki, İsveçrə ilə Avropa İttifaqı arasındakı münasibətlərdə gərginlik var, hansıki növbəti həftədə Bern və Brüssel arasında sanksiya mübadiləsinə gətirib çıxara bilər.

Daha əvvəl Avropa Komissiyası İsveçrə birjalarının “ekvivalentlik” statusunu uzatmaqdan imtina etməsi ilə hədələyib.

24 iyunda İsveçrənin Federal Şurası “İsveçrə birjalarının infrastrukturunu qorumaq məqsədilə cavab tədbirlər görməyə hazır” olduğunu bildirib.

“Ekvivalentlik” statusunun müddəti 1 iyulda başa çatır, status uzadılmasa cavab tədbirlər qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər