1 C
Baku
Saturday, December 14, 2024

İsveçrə Avropa İttifaqının Belarusa qarşı sanksiyalarına qoşulub

İsveçrə Avropa İttifaqı (Aİ) tərəfindən Belarusa qarşı tətbiq etdiyi sanksiyalara qoşulub.

Bu barədə İsveçrə Federal Məclisinin (hökumət) açıqlamasında bildirilir.

Belə ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəklədiyinə görə Belarusa qarşı Aİ tərəfindən martın 2-də və 9-da tətbiq edilmiş iqtisadi sanksiyalara martın 16-dan bitərəf İsveçrə də qoşulur. Sanksiyalar çərçivəsində Belarusa hərbi texniki səciyyəli, müdafiə və təhlükəsizlik sektorunun təkmilləşməsinə rəvac verə biləcək məhsulların ixracı dayandırılır. Həmçinin Belarus Mərkəzi Bankı ilə qarşılıqlı əməliyyatlara qadağa qoyulur. Belarusun bir sıra bankları SWIFT ödəniş sistemindən ayrılır.

Bununla yanaşı, Belarusdan ağac və taxta, rezin, dəmir, polad, sement məhsullarının idxalı da qadağan edilir.

Ötən gün İsveçrənin dəmir yolu vasitələri istehsal edən “Stadler Rail” şirkəti Minsk yaxınlığındakı müəssisəsinin fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər