10 C
Baku
Friday, December 13, 2024

İsveçrə Azərbaycana 730 mln. dollar sərmayə yatırıb

“Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 2017-ci ildə 240 milyon dolları keçib. 2016-cı illə müqayisədə artım 46 faiz təşkil edib”.

Bunu Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda bildirib. Onun sözlərinə görə, bu ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 82% artıb. Hesabat dövründə təkcə Azərbaycanın İsveçrəyə ixracı 42% artıb. Nazir bildirib ki, Azərbaycanın qeyri-neft sektoru ixracatında İsveçrə ilk sıralardadır. Ş.Mustafayev əlavə edib ki, bu illər ərzində Azərbaycan İsveçrəyə 730 mln. dollar sərmayə qoyub: “Bu günlərdə Azərbaycanın İsveçrəyə ixrac missiyası təşkil edilib. Bu ixrac missiyası zamanı Azərbaycandan İsveçrəyə 220 ton və ya 125 min dollarlıq fındıq ixracı ilə bağlı müqavilələr imzalanıb. Hazırda Azərbaycanın dünyaya 125 milyon dollarlıq fındıq ixrac etmək potensialı mövcuddur. Bu isə o deməkdir ki, Bu sahədə istifadə edilməmiş potensial var”.

Ş. Mustafayev deyib ki, Azərbaycan İsveçrəyə 1,2 mlrd. dollar sərmayə yatırıb: “Hazırda Azərbaycanda 71 İsveçrə şirkəti qeydiyyatdan keçib və uğurla fəaliyyət göstərir”.

Nazir deyib ki, bu gün Azərbaycan şirkətləri də İsveçrədə uğurla fəaliyyət göstərir. O, buna misal olaraq SOCAR-ın uğurlu fəaliyyətini göstərib: “İsveçrə şirkətləri tibbi sahəsində uğurla fəaliyyət göstərir. Azərbaycan bu sahədə İsveçrə ilə əməkdaşlıq etməyə hazırdır”.

İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri, nazir Yohan Şnayder-Amman bildirib ki, İsveç iqtisadi dairələri üçün Azərbaycan təcrübəli bazardır. O qeyd edib ki, hazırda Azərbaycanın SOCAR şirkəti İsveçrədə fəaliyyət göstərir və İsveçrə bu fəaliyyəti uğurlu hesab edir. İsveçrəli nazir ölkəsinin Azərbaycan təhsil, tibb və bir çox sahələr əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

APA

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər