5 C
Baku
Tuesday, March 11, 2025

İsveçrə bankı “Safra Sarasin” Danimarkanın “Saxo Bank”ını €1.1 milyarda alıb

Dünən, martın 10-da İsveçrənin özəl bankı “J. Safra Sarasin Group” Danimarkanın “Saxo Bankı”nın 70% səhmini aldığını elan edib. Sövdələşmə 1.1 milyard avro dəyərində qiymətləndirilir, bankın ümumi dəyəri isə 1.6 milyard avroya çatır. Bildirilir ki, “Safra Sarasin” Çinin “Geely” holdinqinə məxsus 49.9%, Finlandiyanın “Finnish Mandatum” maliyyə qrupunun isə 19.8% payını alıb.

“Saxo Bank” 1992-ci ildə yaradılıb. Bu, müxtəlif maliyyə alətlərinə investisiya qoymaq üçün öz ticarət platformasına malik investisiya bankıdır. Ötən il bankın gəliri 626 milyon avroya (+4%), xalis mənfəəti isə 135 milyon avroya (+287%) çatıb.

“Saxo Bank” illik “şokedici proqnozları” ilə tanınır. Qeyd edək ki, daha əvvəl bank 2025-ci ildə Donald Trampın siyasəti, eləcə də bütövlükdə qlobal iqtisadiyyatın yenidən balanslaşdırılması nəticəsində dolların əsas valyutalara nisbətdə məzənnəsinin 20% mümkün düşəcəyini proqnozlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər