11 C
Baku
Monday, November 25, 2024

İsveçrə bankının gizli hesabları internetə sızdı

İsveçrədə dünyanın ən böyük ikinci bankındakı gizli hesablar internetə sızıb. Aralarından azərbaycanlı müştərilərin da olduğu bir çox ölkənin İsveçrədəki HSBC bankına aid gizli məlumatlar “SwissLeaks” adı ilə internetdə yayılıb.

Söhbət dünyanın 203 ölkəsindən olan 106,000 müştərinin 100 milyard dollarlıq sərvətindən gedir. Swissleaks ümumilikdə Avropanın 140 ölkəsindən olan 40 jurnalistin birgə əməyinin nəticəsidir.

Bu “sızıntı” beynəlxalq maliyyə tarixinin ən qalmaqallı hadisəsi hesab edilir. Gizli məlumatların gün işığına çıxması ilə HSBC bankının fırıldaqçıların, terrorçular və quldurlara yardım etdiyi və ümumi dəyəri 120 milyard dollarla ölçülən çirkli pulların yuyulması əməliyyatı həyata keçirdiyi ortaya çıxıb. Bankın vergi və qaçaqmalçılıq işlərinə yardım etdiyi şəxslər arasında dünya miqyasında tanınan cinayətkarlar, korrupsiyada ittiham olunan siyasətçilər və iş adamları, eyni zamanda dünya siyasətçiləri, aktrisalar, idmançılar da yer alır.

Ən maraqlı adlar sırasında isə İnterpolun ən çox axtarılanlar siyahısına düşən məşhur almaz qaçaqçısı Mozeh Victor Koneg və Kenneth Lee Akselrodun da bu bankda hesablarının olmasıdır. 2006-cı ilə qədər isə bankda Usama Ben Ladeni maliyyələşdirən Səudiyyə Ərəbistanı biznesmeninin hesabı olub.

Sızdırılan məlumatlar arasında həmçinin məşhur futbolçu Diego Forlan, Formula 1-in əfsanəsi Michael Schumacher, İordaniya kralı 2-ci Abdulla, məşhur model MacPherson kimi adlar var.

Azərbaycan bu ölkələr arasında 167-ci yerdə sıralanıb və 14 nəfər müştərinin ümumi bank hesabı təxminən 3,8 milyon dollar təşkil edib. Həmin şəxslər arasında ən çox pul hesabı isə 1,6 milyon dollara sahib müştəridir. Azərbaycanla əlaqələri olan həmin şəxslərdən 21%-nin bu ölkəyə məxsus pasportu və vətəndaşlığı olduğu göstərilir. Hesabların əsasən, 1994-2006-cı illərdə açıldığı qeyd edilir.

121435

327822

327822

 

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər