2 C
Baku
Sunday, December 15, 2024

İsveçrə bankının səhmləri rekord itkiyə məruz qalıb

Martın 15-də keçirilən ticarət zamanı “Credit Suisse” bankının səhmləri rekord həddə düşüb – əvvəlki günün sonuna kimi kotirovkalar 25 faiz ucuzlaşıb və tarixi minimumu yeniləyib. Qiymətin aşağı həddi bir səhm üçün 1.7 İsveçrə frankı təşkil edib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qiymətli kağızların iflası bankın ən böyük səhmdarı Səudiyyə Milli Bankının “problemli İsveçrə bankı”na əlavə investisiyalardan imtina etməsi ilə bağlı olub. Bundan əvvəl rekord itkilər və müştərilərin kütləvi axını fonunda “Credit Suisse” ən köhnə və ən böyük səhmdarlarından birini itirib.

Əvvəlki rekord martın 13-də qeydə alınıb, onda bir səhmin qiyməti 2.1 frank təşkil edib. Müflis olan bankın qiymətli kağızlarının satışı Amerika və daha sonra Avropa banklarının səhmlərinin çöküşü ilə müşayiət olunub. ABŞ-ın ən böyük banklarından birinin iflası bütün dünyada investorların digər kredit təşkilatlarının “SVB” ilə eyni aqibətlə üzləşə biləcəyi qorxusuna səbəb olub.

Son xəbərlər
Digər xəbərlər