14 C
Baku
Saturday, April 27, 2024

İsveçrə büdcəsində vergi daxilolmalarının nisbəti artıb

İsveçrənin Federal Şurası 2018-ci il üzrə məcmu maliyyə hesabatlarını təsdiq edərək ictimaiyyətə açıqlayıb. Hesabat sənədlərindən görünür ki, 2018-ci ildə ölkə iqtisadiyyatında əldə edilən müsbət saldo 5,7 milyard frank (9,5 milyard manat) olub ki, bu da 2017-ci ilin göstəricisindən 3,1 milyard frank (5,2 milyard manat) azdır. Federal Şuradan bildirilib ki, bu dəyişiklik əsas etibarilə sosial sığorta seqmentindəki mənfi nəticələrdən qaynaqlanır.

Federal administrativ seqment ili 4,5 milyard frank (7,5 milyard manat) profisitlə başa vurub. Bu rəqəm əvvəlki ilin göstəricisindən 1 milyard frank (1,7 milyard manat) çoxdur. Federal Şuranın açıqlamasına görə, müsbət profisitin əldə edilməsi vergi daxilolmalarının artımı ilə bağlıdır, keçən il ölkədə yığılmış vergilərin məbləği inişillə müqayisədə 1,9 milyard frank (3,2 milyard manat) çox olub. Birbaşa federal vergi daxilolmaları isə illik faiz dərəcəsi üzrə 1,5 milyard frank (2,5 milyard manat) artıb.

©Vergilər.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər